Cənubi Koreyada avtomobil bazara çırpılıb: 2 nəfər ölüb, 18 nəfər yaralanıb

13 Noyabr 2025 15:27 (UTC+04:00)

Qəza Cənubi Koreyanın Gyeonggi əyalətinin Ojeonq rayonunun ən sıx olan bazarında baş verib.

Bucheon ştatının Vonjonq-donq şəhərində bir sürücünün idarəetməni itirərək avtomobilini Ceyl bazarına çırpması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yanğınsöndürmə briqadaları bildiriblər ki, yerli vaxtla saat 10:55-də qəza xəbərindən sonra hadisə yerinə 21 maşın və 60 canlı qüvvə göndərilib.

Polis sürücünün nəzarətə alındığını və alkotesterin müayinəsi nəticəsində onun sərxoş olmadığını müəyyən edib.

Səlahiyyətlilər, qəzanın səbəbini müəyyən etmək üçün avtomobilin istintaq qruplarına təhvil verildiyini bildirib.

Mövsüm,

AzNews.az