Cazsevərlərə şad xəbər

11 Sentyabr 2013 08:47 (UTC+04:00)
Bakı Caz Mərkəzi konsertə hazırlaşır. Yeni mövsüm açılışına hesablanan bu konsert proqramında Azərbaycanın məşhur caz musiqiçiləri iştirak edəcək.

Qeyd edək ki, sözügedən konsert sentyabrın 13-də keçiriləcək. Konsertdə əməkdar artistlər İsfar Sarabski, Ruslan Hüseynov, Tofiq Cabbarov, Salman Qəmbərov, Tünzalə Ağayeva, Rain Sultanov, Sevda Ələkbərzadə, Cəmil Əmirov və başqaları çıxış edəcək.

Bahar Rüstəmli
AzNews.az