Paşinyan 2022-ci ilə qədər Ermənistan ordusunun xarici amilin təsiri altında olduğunu bildirib
13 Noyabr 2025 18:39 (UTC+04:00)
Ermənistan Dağlıq Qarabağ məsələsində konkret bir ölkənin cibində olub.
Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“2018, 2019, 2020, 2021-ci illərdə və 2022-ci ilə qədər ordumuzun sosial-psixoloji vəziyyəti, təfəkkürü xarici amilin təsiri altında olub. Ordumuzda suveren iradə mərkəzi yox idi”, - Paşinyan qeyd edib.