Türkiyənin daha bir uçağı Xorvatiyada qəzaya uğradı

13 Noyabr 2025 22:47 (UTC+04:00)

Bu günlərdə Türkiyə Gürcüstanda 20 hərbçinin şəhid olduğu təyyarə qəzasına ağlayarkən daha bir acı xəbər Xorvatiyadan gəlib.

Türkiyə mediası Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus və texniki baxış üçün Xorvatiyaya göndərilən iki yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə kəsildiyi bildirilib.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi təyyarədə olan pilotla əlaqə yaratmaq üçün Xorvatiya qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinin başladığını açıqlayıb.

Xorvatiya mətbuatı Air Traktor AT-802 tipli təyyarənin qəzaya uğradığı yerin müəyyən olunduğunu bildirib və uçağın qalıqlarının fotosunu paylaşıb.

AzNews.az