Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

14 Noyabr 2025 10:00 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Aznews.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,8 % artaraq 962,1 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 49,6 %, meyvə-tərəvəzin ixrac dəyəri 30 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 22,8 %, pambıq ipliyin ixrac dəyəri 8,8 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 3,8 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,5 % artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 260 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,1 % artaraq 1,03 milyard ABŞ dolları təşkil edib.