Liftdə faciə; 7 yaşlı uşaq öldü

11 Sentyabr 2013 09:06 (UTC+04:00)
Azərbaycanda 7 yaşlı uşaq faciəli şəkildə ölüb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ə. Talıblı küçəsi 3/8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında yaşayan, 7 yaşlı Ramal Cavid oğlu Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğundan araşdırma aparılır.

AzNews.az