Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 15,54 milyon ABŞ dolları dəyərində 15 983 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % az) 9 372 ton (-15 %), Cənubi Afrikadan 6,7 milyon ABŞ dolları dəyərində (-1 %) 5 103 ton (-5 %), Argentinadan 855 min ABŞ dolları dəyərində 634 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 341,4 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 263 ton (+4,3 dəfə), İrandan 286 min ABŞ dolları dəyərində (+196 dəfə) 382 ton (+202 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 23 min ton limon və laymın 74 %-i Türkiyənin payına düşüb.
Aznews.az