Kosmik tullantılarla toqquşması səbəbindən enişi gecikən 3 taikonavtı daşıyan Çinin "Şençjou-20" kosmik gəmisinin kapsulu Yerə qayıdıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb .
Ekipajın Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki Dongfeng sınaq poliqonuna uğurla eniş etdiyi bildirilir. Canlı yayımdan yayılan görüntülərdə taikonavtların kapsuldan çıxdığı görünür.
Günün əvvəlində ekipaj üzvləri Çen Donq, Çen Çjonqrui və Vanq Jienin vəziyyətinin yaxşı kimi qiymətləndirildiyi bildirilib.
Mövsüm,
AzNews.az