The Guardian: İngiltərədə evsizlərin sayı sürətlə artır

14 Noyabr 2025 19:07 (UTC+04:00)

İngiltərədə evsizlərin sayı son illərdə sürətlə artır, Baş nazir Keir Starmerin siyasəti isə mənzil böhranını daha da pisləşdirir.

Bu barədə “The Guardian” -ın köşə yazarı Saymon Cenkins evsizlərin müdafiəsi ilə məşğul olan Crisis təşkilatının məlumatlarına istinadən məlumat verib .

"İngiltərədə evsizlərin sayı 300.000-ə çatıb. 2022-2024-cü illər arasında bu rəqəm 21%, 2012-ci ildən isə 45% artıb. Paytaxt evsizliyin ən sürətli artımını yaşayır. Londonun tarixi Uestminster səmtində, 2022-ci ildən 2024-cü ilə qədər bu rəqəm dörddə bir artıb.

Seçki kampaniyası zamanı Starmer "Britaniyanı evsizliyə son qoymağa doğru yola salmaq" üçün yeni strategiya hazırlayacağını vəd etdi. Vəziyyəti düzəltmək üçün Britaniya hökuməti 2026-cı ildə İngiltərə və Uelsdə küçələrdə yatmağı qadağan edən 1824-cü il Avaralıq Aktını ləğv edəcək.

Cenkins yazır: "Görünür, onlar bunun kifayət olduğunu düşünürlər".

Rəyçi qeyd edir ki, dekriminallaşdırma kifayət deyil və evsizlik problemi daha kompleks yanaşma tələb edir, çünki evsizliyin müxtəlif səbəbləri ola bilər: həbsxanadan azad edilmə, miqrant işinə qadağa, sığınacaq verilməsindən imtina və s.

Mövsüm,

AzNews.az