MSK bu gün daha 5 namizədlə bağlı qərar verəcək

11 Sentyabr 2013 09:25 (UTC+04:00)

Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə AzNews.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, 5 nəfərin namizədliyinin qeydə alınıb-alınmayacağına baxılacaq. onlar arasında arasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev var.

A.Sarıyev onu da bildirib ki, bugünkü iclasda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin sənədlərinə baxılmayacaq: "Cəmil Həsənli imzalarını kampaniyanın sonuna bir gün qalmış verib. Ona görə də onun sənədlərinə hələ yoxlanılır".

Anar
AzNews.az