Dünən Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Onun sözlərinə görə, xəsarət almış yaşlı qadın bu gün səhər xəstəxanada ölüb.