“Bəzi valideynlər uşaqlarına məktəbli forması ala bilmir”

11 Sentyabr 2013 09:38 (UTC+04:00)
"Bəzi valideynlər uşaqlarına məktəbli forması ala bilmir. Xəzər, Qaradağ, Xətai, Suraxanı rayonlarından imkansız valideynlər övladlarının məktəbli forması ilə təmin edilməsi üçün bizə müraciət edir. Biz onlardan imtina edə bilmərik. Rəsmi səviyyədə də qeyd olunur ki, ölkəmizdə 6 faiz yoxsulluq həddində yaşayır. Belə olan halda həmin valideynlərin övladları dövlət qayğısını hiss etməlidir".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib. M.Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli 79 saylı qərarına əsasən yaradılan İcbari Təhsil Fondunun fəaliyyəti hiss edilmir. Hesabda vəsait olduğu halda ondan istifadə gecikir: "Bir valideyndən alıb digər valideynin övladına vermək bizə yaraşmaz. Əgər bu fond varsa, onun vəsaitindən təhsilin bu problemlərinin həlli üçün istifadə edilməlidir".

Elnarə
AzNews.az