Toral Bayramov millinin heyətindən çıxarılıb

15 Noyabr 2025 12:53 (UTC+04:00)

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Buna səbəb futbolçunun zədələnməsi olub.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.