Rumıniya XİN Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

15 Noyabr 2025 13:31 (UTC+04:00)

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını qətiyyətlə pisləyib.

Aznews.az xəbər verir ki, bu barədə Rumıniya XİN-in “X” hesabında bildirilib.

Rumıniya XİN Azərbaycanla tam həmrəylik ifadə edərək Ukraynadakı səfirliyin raket zərbəsinə məruz qalmasını “məsuliyyətsiz hərəkət” adlandırıb, bunu Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.

“Diplomatik nümayəndəliklərin binaları toxunulmazdır”, - qeyd olunub.