Canavarlar sürüyə hücum etdi; 2 çoban itkin düşdü

11 Sentyabr 2013 09:47 (UTC+04:00)
Türkiyənin Şırnak vilayətinin Dərələr Yaylasında canavarlar köçəri qoyun sürülərinə hücum edib.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, hücum nəticəsində çoxlu sayda qoyun tələf olub. Qoyunları otaran iki çoban isə itkin düşüb. İtkin düşən iki qardaş Devran Gərdək və Emin Gərdək adlı çobanlardan xəbər yoxdur. Çoban qardaşların tapılması üçün bölgədə axtarış və xilasetmə tədbirləri davam etdirilir.

Elman Abbasov
AzNews.az