Azərbaycanla formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün yeni imkanlar və geniş üfüqlər açacaq.
Aznews.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
“Qırğızıstan Azərbaycan Respublikasının Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzv kimi qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanı da əhatə edəcək formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün, xüsusən də beynəlxalq tranzit, logistika və enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar və geniş üfüqlər açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşləri formatı yaradılmışdır”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.
Aznews.az