Bərdə sakini Ağdərədə minaya düşüb

16 Noyabr 2025 14:36 (UTC+04:00)

Ağdərə rayonunda mina partlayışı baş verib.

Aznews.az xəbər verir ki, Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.

Yaralı Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.