Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

16 Noyabr 2025 19:54 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Aznews.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.