ABŞ dövlət katibinin müavini "Tramp marşrutu"nu müzakirə etmək üçün Ermənistandadır

17 Noyabr 2025 10:30 (UTC+04:00)

ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistana gedib.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, İrəvanda Ermənistan rəhbərliyi ilə “Tramp marşrutu”nu və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.

Diplomatı Baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Türkiyə üzrə xüsusi nümayəndə qəbul edəcək.