Səudiyyə Ərəbistanında Hindistanın Haydərabad şəhərindən olan ən azı 42 müsəlman zəvvar yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Bu barədə “İndia Today” telekanalı məlumat yayıb.
“Ən azı 42 umra zəvvarı, Haydərabaddan olan hindistanlılar, səhər tezdən Məkkədən Mədinəyə gedən avtobusun dizel tankeri ilə toqquşması nəticəsində həlak olub”, — deyə xəbərdə bildirilir.
Telekanalın məlumatına görə, hadisə zamanı bir neçə nəfər də xəsarət alıb. Hadisə yerinə xilasedicilər və yerli hakimiyyət orqanları cəlb olunub. Hazırda xəsarət alanların dəqiq sayı və həlak olanların şəxsiyyətləri müəyyənləşdirilir.
Mövsüm,
AzNews.az