ABŞ prezidenti Donald Trampın Karib hövzəsində fəaliyyət göstərən narkotik kartellərinə qarşı “Cənub nizəsi əməliyyatı” başlamaq əmrinin əks-sədaları davam edərkən, əməliyyatla bağlı yeni bir inkişaf da yaşanıb.
ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada, dünyanın ən böyük təyyarə gəmisi USS Gerald R. Ford-un rəhbərlik etdiyi hücum donanmasının noyabrın 16-da Anegada keçidindən keçərək Karib dənizinə çatdığını açıqlayıb.
Açıqlamada ABŞ-ın müdafiə naziri Pit Heqsetin bölgəyə gedən hücum donanmasına ABŞ Prezidenti Donald Trampın transmilli cinayətkar təşkilatların aradan qaldırılması və narkotik terrorizmi ilə mübarizə üzrə göstərişini dəstəkləmək göstərişi verdiyi xatırladılıb və donanmanın bu məqsədlə başladılan “Cənub nizəsi” əməliyyatını həyata keçirən birgə əməliyyat qrupuna qoşulacağı bildirilib.
Qeyd edilib ki, USS Gerald R. Ford-un rəhbərlik etdiyi hücum donanması 4000-dən çox hərbi qulluqçu və onlarla taktiki hərbi təyyarə daşıyıb və “ öz sinfinin ilk təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford təyyarələrin gecə, gündüz və ya enişdən asılı olmayaraq, eyni vaxtda havaya qalxmasına imkan verməklə iştirak etdiyi əməliyyatlara fasiləsiz dəstək verə bilər”.
Vurğulanıb ki, çoxlu sayda hərbi obyekt, o cümlədən təyyarədaşıyan USS Gerald R. Ford, Arleigh Burke sinifli idarə olunan raket esminesləri USS Bainbridge və USS Mahan, inteqrasiya olunmuş hava və raketdən müdafiə komandanlığı gəmisi USS Winston S. Churchill bölgəyə yerləşdirilib.
Mövsüm,
AzNews.az