Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bəzi silahların İsrailə ixracı ilə bağlı avqustun 8-də verilən açıqlamanın dəyişən şərtlər səbəbiylə artıq qüvvədə olmadığını və məhdudiyyətlərin noyabrın 24-dən etibarən qaldırılacağını açıqlayıb.
Kornelius, 10 oktyabrdan bəri qüvvədə olan atəşkəsin qərarın səbəbləri arasında olduğunu bildirib.
Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar bu qərarı müsbət qarşıladıqlarını və Almaniya kansleri Fridrix Merzə təşəkkürlərini bildirib.
Saar X-də verdiyi açıqlamada İsrailə silah embarqosu tətbiq edən digər ölkələri Almaniyanın yolunu izləməyə çağırıb.
Mövsüm,
AzNews.az