ABŞ Yaponiyadan “Typhon” raket buraxılış sistemlərini çıxarıb

17 Noyabr 2025 17:09 (UTC+04:00)

Birləşmiş Ştatlar Yamaquçi prefekturasındakı İvakuni aviabazasında yerləşdirilmiş orta mənzilli “Typhon” raket buraxılış sistemlərini Yaponiyadan çıxarıb.

Bu barədə Kyoto Shimbun qəzeti məlumat yayıb .

"Yaponiya Müdafiə Nazirliyinin Regional Bürosu bazar ertəsi İvakuni şəhər administrasiyasına "Typhon" yerüstü raket sistemlərinin ABŞ Hərbi Hava Qüvvələri bazasından çıxarılmasının başa çatdığı barədə məlumat verib", - məlumatda deyilir.

“Typhon” İvakuni hərbi bazasında bu ilin sentyabrında yerləşdirilib. Sistem ABŞ-Yaponiya “Resolute Dragon” hərbi təlimlərinin bir hissəsidir və təlimin bitməsindən təxminən bir həftə sonra çıxarılmalı idi, lakin orada qalmışdı.

Mövsüm,

AzNews.az