Daha bir qurum Təhsil Nazirliyinə verildi

11 Sentyabr 2013 10:30 (UTC+04:00)
Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evinin Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu barədə qərarı baş nazir Artur Rəsizadə imzalayıb. Qərar Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın 6-cı hissəsinin 10-cu bəndinə əsasən və Təhsil və Maliyyə nazirliklərinin razılaşdırılmış təklifi nəzərə alınmaqla verilib. 1 nömrəli Ailə tipli kiçik qrup evinin maliyyələşdirilməsi 2013-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Elnarə
AzNews.az