Milli Şura rəhbərliyi ABŞ səfiri ilə görüşür

11 Sentyabr 2013 10:29 (UTC+04:00)
ABŞ-ın Azərbaycan səfirliyində bir qrup partiya sədri və prezidentliyə namizədlə görüş keçirilir.

Səfir Riçard Morninqstarın təşəbbüsü ilə keçirilən görüşə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak edir.

Görüşdə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər müzakirə ediləcək.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən isə bildirilib ki, YAP-ın görüş barədə məlumatı yoxdur. (apa)

AzNews.az