"Aşıq Yediyar" vəfat edib

18 Noyabr 2025 10:54 (UTC+04:00)

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Bu barədə teatrın sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi.

O, cəmiyyətdə "Aşıq Yediyar" kimi tanınırdı.

AzNews.az