Azərbaycan Gürcüstana gavalı və göyəm tədarük etməyə başlayıb

18 Noyabr 2025 11:59 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 4,5 milyon ABŞ dolları dəyərində 6 891 ton gavalı və göyəm ixrac edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çox) 6 427 ton (+28 %), Birləşmiş Ərəb Əmirliklərinə 136 min ABŞ dolları dəyərində (+36 %) 160 ton (+26 %), Qazaxıstana 94 min ABŞ dolları dəyərində (+9,3%) 169 ton (+3 %), Ukraynaya 53 min ABŞ dolları dəyərində 55 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 34 min ABŞ dolları dəyərində 25 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Gürcüstana (16 min ABŞ dolları dəyərində 32,6 ton) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 5,6 min ton gavalı və göyəmin 93 %-i Rusiyanın payına düşüb.