Azərbaycan ABŞ Prezidentinin diqqətindədir və bu sizin üçün yaxşı olduğu kimi, bizim üçün də yaxşıdır.
Aznews.az xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst jurnalistlərə açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, bununla bərabər, başqa istiqamətlər də var: “Bildiyiniz kimi, ABŞ burada Azərbaycanın neft hasilatının inkişafında çox fəal olub. ABŞ Azərbaycan neftinin dünya bazarlarına Rusiyanın təsirinə məruz qalmadan çıxarıla bilməyi üçün çoxsaylı boru kəmərləri siyasətinin əsas təşəbbüskarı olub. Bu isə Azərbaycanın rifahı üçün son dərəcə vacibdir və artıq 30 ildən çoxdur elədir və bu, davam edəcək.
Heç şübhə yoxdur ki, Azərbaycan ABŞ Prezidentinin diqqətindədir və bu, sizin üçün çox yaxşı olduğu kimi, bizim – ABŞ üçün də çox yaxşıdır. Vaşinqtonda yüksək səviyyəli rəhbərliyin Cənubi Qafqaza, Azərbaycana, Mərkəzi Asiyaya müsbət və keyfiyyətli diqqət göstərməsi sevindiricidir”.