Qazaxıstanda baş verən yanğında 12 nəfər ölüb

18 Noyabr 2025 15:15 (UTC+04:00)

Qazaxstanın Türküstan vilayətində ikimərtəbəli fərdi evdə baş vermiş yanğın nəticəsində 9-u uşaq olmaqla 12 nəfər həlak olub.

Bu barədə KazTAG agentliyi regionun Fövqəladə Hallar Departamentinə istinadən xəbər verib.

"Yanğınla bağlı araşdırma və söndürmə işləri zamanı huşunu itirmiş 3 nəfər evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9 uşaq olmaqla 12 nəfər ölüb", - məlumatda deyilir.

360 kvadratmetr ərazini əhatə edən yanğın hazırda söndürülüb. Yanğının səbəbi hələlik məlum deyil.

Mövsüm,

AzNews.az