Dünya təşviş içində: "Cloudflare" çökdü

18 Noyabr 2025 16:03 (UTC+04:00)

Dünyanın ən böyük kontent çatdırılma şəbəkəsi (CDN) və kibertəhlükəsizlik təminatçısı olan Cloudflare günortadan sonra başlayan və tez bir zamanda qlobal böhrana çevrilən kəsintiyə məruz qalıb.

AzNews.az xəbər verir ki, monitorinq platforması olan Downdetector-un məlumatları göstərir ki, problem bir neçə dəqiqə ərzində eksponensial olaraq böyüyüb.

Günortadan sonra pik həddə çatan bu kəsinti dalğası dünyada Cloudflare-in infrastrukturundan istifadə edən bank və oyun xidmətlərindən tutmuş xəbər portallarına və korporativ veb saytlara qədər geniş çeşiddə xidmətləri qəfildən bağlantıdan qoparıbş.

Hazırda Azərbaycanda bir sıra xəbər saytlarına giriş məhdudlaşıb. Dünyada "X", ChatGPT kimi xidmətlər də əlçatmaz olub.

AzNews.az