Xocalının Seyidbəyli kəndinə növbəti köç olub

18 Noyabr 2025 16:43 (UTC+04:00)

Bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Aznews.az xəbər verir ki, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.