Elektron Təhlükəsizlik Xidməti (ETX) ölkədə saytların fəaliyyətində yaranan problemlə bağlı açıqlama yayıb.
Aznews.az xəbər verir ki, bu barədə ETX-dan bildirilib.
Qeyd edilib ki, azırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.
Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare" də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.