Niderland Azərbaycana yeni səfir müavini təyin edib.
Aznews.az xəbər verir ki, bu barədə Niderlandın diplomatik nümayəndəliyinin sosial şəbəkələrdəki paylaşımında qeyd olunub.
"Niderland Krallığının Bakıdakı səfirliyi yeni səfir müavini Yohannes Kirpesteyni salamlayır. Y.Kirpesteyn qarşıdakı illərdə Azərbaycan və Niderland arasında tərəfdaşlığın gücləndirilməsini hədəfləyir", - səfirlik bildirib.