Azərbaycan və Malayziya İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

18 Noyabr 2025 17:33 (UTC+04:00)

Azərbaycan və Malayziya arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Aznews.az xəbər verir ki, nazir Rəşad Nəbiyev Bakıda səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə görüş keçirib. Görüşdə əməkdaşlıq məsələləri, xüsusilə 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi, bu məqsədlə azərbaycanlı mütəxəssislərin qısa zamanda Malayziyaya ezam olunması barədə razılıq əldə olunub.

AzNews.az