İtaliyanın "İnter" və "Milan" klubları İngiltərə təmsilçisi "Lids"də çıxış edən qapıçı İllan Melye ilə maraqlanır.
Aznews.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
25 yaşlı fransalı qolkiperin müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Premyer Liqa komandası bu səbəbdən yanvarda futbolçunu satmağı planlaşdırır.
Qeyd edək ki, İllan Melye cari mövsüm "Lids"də meydana çıxmayıb.