Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib

18 Noyabr 2025 18:55 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ikitərəfli tərəfdaşlıq gündəliyindəki məsələləri müzakirə edib.

Aznews.az xəbər verir ki, görüş zamanı regional məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

A.Mirzoyan və M.Qrono avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının yaratdığı imkanlardan son dərəcə səmərəli istifadəyə yönəlmiş səyləri müzakirə ediblər.