Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib

18 Noyabr 2025 19:23 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib.

Aznews.az xəbər verir ki, o bu barədə "X"də yazıb:

"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutları".

Zangezur Corridor —on the Ağbənd–Kəlalə Bridge over the Araz River.

A pivotal hub and intersection connecting major international transport arteries: the East–West route stretching from Shanghai to London, and the North–South and Southwest routes linking the Indian Ocean with… pic.twitter.com/el0mbSbPDl

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 18, 2025