Xarici vətəndaşlar "SİMA İmza"dan istifadə edə biləcək

19 Noyabr 2025 12:49 (UTC+04:00)

“Xarici vətəndaşların SİMA imza əldə etməsi üçün artıq texniki hazırlıq işlərinə start verilib”.

Aznews.az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı “AzInTelecom”un Məhsul və Xidmətlər Şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli bildirib.

O deyib ki, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları xidmət istifadəyə veriləndən sonra Azərbaycana gəlmədən, sadəcə SİMA tətbiqini yükləyərək öz pasportu və ya milli şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. O bildirib ki, məhsul hazırda test mərhələsindədir və sınaqlar uğurla tamamlandıqdan sonra xidmət tam funksional şəkildə istifadəyə təqdim olunacaq.