Ağdamın Xıdırlı kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim edilib.
Aznews.az xəbər verir ki, mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər doğma yurda qayıdan sakinləri əlamətdar gün münasibətilə təbrik edib. Sonra evlərin açarları Xıdırlı sakinlərinə təqdim edilib.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə - 2195 nəfərə çatıb.
Aznews.az