Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerə Azərbaycanın "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə işlərin sürətlənməsində maraqlı olduğunu bildirib.
Aznews.az xəbər verir ki, C.Bayramovun Alison Hukerlə görüşündə regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində Azərbaycanın maraqlı olduğu diqqətə çatdırılıb.
Aznews.az