Kamran Bayram oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.