Litva Belarusiya ilə sərhəddini açır

19 Noyabr 2025 17:34 (UTC+04:00)

Litva Belarusla sərhədini açır.

Bu barədə Litvanın daxili işlər naziri Vladislav Kondratoviç məlumat verib.

Litvanın TV3 telekanalı onun sözlərini sitat gətirir: "Sözügedən qətnamə ilə müəyyən edilmiş məhdudiyyətlərin götürülməsi məqsədəuyğundur" .

Kondratoviçin sözlərinə görə, Belarusla sərhəd keçidlərinin yenidən açılması qərarı Litva Milli Təhlükəsizlik Komissiyasının (NSK) məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı çərşənbə axşamı, noyabrın 18-də açıqladığı tövsiyələrdən sonra qəbul edilib.

Mövsüm,

AzNews.az