ABŞ Ukraynaya 105 milyon dollarlıq Patriot dəstək paketinin satışını təsdiqləyib

19 Noyabr 2025 17:37 (UTC+04:00)

Ukrayna ilə Rusiya arasında müharibə üç ildən artıqdır ki, davam edir.

Müharibə boyu Qərb ölkələri Ukraynanın yanında olmaqda davam edir.

ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, satış paketinə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına təkmilləşdirilməsi, yerüstü dəstək avadanlığı, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistik dəstək elementləri üçün təyin edilmiş ehtiyat yük siyahıları daxildir.

Patriot sistemləri ilə bağlı avadanlıq və xidmətlərin yer aldığı paketin ümumi dəyəri 105 milyon dollar olaraq qeydə alınıb və layihənin əsas podratçılarının ABŞ-ın RTX Corporation və Lockheed Martin şirkətləri olacağı qeyd olunub.

Mövsüm,

AzNews.az