Endoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin məlumatına görə, Semeru vulkanında baş verən püskürmə nəticəsində lava, qaz, kül və qayalar dağın ətəyi boyunca təxminən 7 kilometr məsafə qət edib.
Qurumun açıqlamasında bildirilib ki, püskürmə səbəbilə dünən 2-ci səviyyədə olan xəbərdarlıq göstəricisi ən yüksək olan 4-cü səviyyəyə qaldırılıb. Qeyd olunub ki, kül buludları bir neçə kənddə təsir göstərsə də, xəsarət alan olmayıb.
Yava adasının şərqində, Lumacang və Malang bölgələrinin sərhədində yerləşən Semeru vulkanında dünən yerli vaxtla 06:11-də püskürmə qeydə alınıb və vulkan 800 metr hündürlüyə kül püskürüb.
Bromo Tenqqer Semeru Milli Parkının bir hissəsi olan Semeru Yava adasındakı ən aktiv vulkanlardan biri kimi tanınır.
Mövsüm,
AzNews.az