Prezident AŞ PA təmsilçiləri ilə görüşdü

11 Sentyabr 2013 11:48 (UTC+04:00)
Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri, ölkəmizdə prezident seçkilərinə hazırlıq və təbliğat kampaniyasının aparılması məsələləri müzakirə edilib.

AzNews.az