Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva həmkarı Sənan Kazımovla bu gün nikah masasına əyləşib.
Cütlüyün toyu Bakıdakı restoranlardan birində baş tutub.
Cütlük avqustdakı nişan mərasimindən sonra toy tarixini yaxın günlərə planlaşdırmışdı. Bu gün paytaxtda təşkil olunan mərasimdə mədəniyyət ictimaiyyətinin tanınmış simaları iştirak edir.
Xatırladaq ki, Sənan Kazımov Əməkdar artist, məşhur rejissor Nicat Kazımovun oğludur. Aygün Fətullayeva isə Gənc Tamaşaçılar Teatrının gənc, perspektivli aktrisalarındandır.
Cütlüyə xoşbəxtlik arzu edirik.
AzNews.az