Bütün pensiyalar sabah ödəniləcək

20 Noyabr 2025 14:44 (UTC+04:00)

Respublika üzrə pensiyaların noyabrın 21-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.