Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 20-21-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan səfər çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək söhbət aparacaq, daha sonra nümayəndə heyətlərinin genişləndirilmiş tərkibdə danışıqları keçiriləcək.
O həmçinin Qazaxıstanın Baş naziri Oljas Bektenov və Məclisin sədri Erlan Koşanov ilə görüşlər keçirəcək.
Ermənistanın Baş naziri "Astana Ekspo" sərgisi çərçivəsində "Alem.ai" beynəlxalq süni intellekt mərkəzinə və Qazaxıstan Milli Muzeyinə baş çəkəcək.