Milli Şuranın imza vərəqələri yoxlanılır- Foto

11 Sentyabr 2013 12:14 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurası Cəmil Həsənlinin namizdəliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmasından sonra başlayacaq rəsmi təşviqat kampaniyasına tam hazırdır. Bu barədə "Yeni Müsavat" a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, namizədin qeydə alınması üçün lazım olan bütün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Milli Şura hazırda MSK-nın qərarını gözləyir: "Seçki Məcəlləsinə görə MSK 7 gün ərzində həmin sənədlərin yoxlanmasını başa çatdırıb namizədin qeydə alınıb-alınmaması barədə qərar verməlidir. Hazırda sənədlər üzərində iş gedir. MSK imzaların yoxlanamsı prossesini həyat keçirir. Bu qanunun tələbədir. Ona görə Milli Şura olaraq biz Mərkəzi Seçki Komissiyasının işinə müdaxilə edə, onu tələsdirə bilmərik".

Gülağa Aslanlının sözlərinə görə, sentyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti toplantısında Milli Şuranın namizədi professor Cəmil Həsənlinin namizədliyinin qeydə alınması məsələsinə baxacaq: "Cəmil Həsənlinin namizədliyinin qeydə alınmaması üçün heç bir bəhanə yoxdur. İmza vərəqələri çox yüksək səviyyədə hazırlanıb. Seçki Qərargahının işçi qrupu tərəfindən bir neçə dəfə yoxlanılıb".

Müsavat başqanının müavini bildirib ki, Milli Şuranın Seçki Qərargahı prlanlaşdırılmış qrafik üzrə fəaliyətini davam etdirir: "Hazırda respublika üzrə həm Mərkəzi Seçki Komissiyasına, həm Dairə Seçki Komissiyasına, həm də Məntəqə Seçki Komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvlərinin siyahısı hazırlanır. Bu işi böyüklüyünü rəqəmlərlə ifadə etsək deyə bilərik ki, respublikada 5300 məntəqə, 125 dairə var. Ən azı 5500 şəxsin sənədləri hazırlanmalıdır. Bundan başqa qeydə alınmış namizədin müşahidəçi təyin etmək səlahiyyəti var. Təqribən o qədər də sənəd müşahidəçi üçün hazırlanmalıdır. Eyni zamanda namizədin vəkillərinin siyashısı tərtib edilir. Hesab edirik ki, səlahiyyətli nümayəndələrin də sayı artırımalıdır. Milli Şuranın seçgi qərargahı bütü bu böyük işləri tam sürətlə davam etdirir".

Milli Şuranın seçki qərargahının həmsdəri Arif Hacılı isə Milli Şuranın namizədi Cəmil Həsənlinin seşki hesabına maliyyə vəsaiti yatrımaq üçün bütün imkanların yaradıldığından söz açıb: "Arada rayonlardan bəzi bankların bu məsələdə süni əngəllər yaratması ilə bağlı xəbərlər alırıq. Maliyyə məsələsi ilə bağlı Milli Şuranın toplantı keçirəcəyini düşünmürəm".

Müsavat Partiyasının Milli Şuranın seçki fonduna yardım etməsi ilə bağlı danışan Arif Hacılı bildirib ki, bu işdə partiya fəalları və onin təəsübkeşliyini çəkən fədakar insanlar yaxından iştirak edirlər.

Qeyd edək ki, Milli Şura namizdəi Cəmil Həsənlinin imzatoplanma kampanyası sentyabrın 7-də yekunlaşıb və həmin gün də sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

AzNews.az