Almaniya , ölkədəki korrupsiya qalmaqalının araşdırılması tələblərinə baxmayaraq, Ukraynaya dəstəyini davam etdirəcək .
Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Aİ-nin xarici siyasət rəhbərlərinin toplantısına gələrkən bəyan edib.
"Biz Ukraynanın yanındayıq. Və sadəcə korrupsiya iddiaları olduğu üçün biz Ukraynanı dəstəkləmək üçün səylərimizi zəiflədə bilmərik və etməyəcəyik", - Vadeful vurğulayıb.
Nazirin sözlərinə görə, korrupsiya hallarının üzə çıxması müsbət siqnaldır, lakin Ukrayna Aİ standartlarına cavab verən hüquq sisteminin yaradılması istiqamətində işi davam etdirməlidir. Berlin anti-korrupsiya tədbirlərinə Aİ-yə üzvlük prosesinin tərkib hissəsi kimi baxır, lakin bu, Almaniyanın dəstəyinin həcminə təsir etməyəcək.
Mövsüm,
AzNews.az